"Zenit" Malkomun formasını satışa çıxardı - FOTO

"Barselona"nın futbolçusu Malkom karyerasını Rusiyanın "Zenit" klubunda davam etdirəcək.

 

Sportal.az Sport24.ru-ya istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi braziliyalı vingerin formasını fan-şoplarda satışa çıxarıb. Malkom yeni klubunda 8 nömrəli forma altında çıxış edəcək.

 

22 yaşlı futbolçunun keçidi üçün kataloniyalılara 40+5 milyon avro təzminat ödənilib. Oyunçu ilə 5 illik müqavilə imzalanıb. Onun illik maaşı 6,5 milyon avro olacaq.

 

Malkom ötən yay "Bordo"dan "Barselona"ya 41 milyon avroya transfer edilmişdi.

 

Image result for Малком sport24

Tarix: 2 Avqust [17:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Oktyabr 2019
13  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio