Elgiz Abbasov: "Borcu olan futbolçular oyuna çıxa bilməyəcək"

17:45 - 5 Avqust 2019

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümündə bir sıra dəyişikliklər olacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov jurnalistlərə açıqlamasında deyib:

 

“Bu bir ay ərzində klublarla əməkdaşlığı gücləndiririk. Müəyyən dəyişikliklər olacaq. Yeni sistem yaş limitinin pozulmasına icazə verməyəcək. Eyni zamanda, əvəzetmələr zamanı da səhvlər olmayacaq. Bu sistemə aid təkliflər olarsa, bunun üzərində çalışacağıq. Bundan başqa, cəriməsi olan futbolçular oyuna daxil ola bilməyəcək. Legionerlərə görə klubun borcu ödənilməlidir. Oyunların vaxtı ilə əlaqədar dəyişikliklərlə bağlı daha tez məlumat verilməlidir. Bundan başqa, oyunöncəsi məşqin vaxtı hər iki klub arasında razılaşdırılmalıdır və PFL-ə məlumat verilməlidir”.

Xəbər xətti