"Maquayr 90 milyon edirsə, Kulibalinin qiyməti 250 milyon avrodur"

17:53 - 9 Avqust 2019

İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentiis ESPN-ə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti İngiltərə klublarının transferlərə ödədiyi məbləğlərdən danışıb:

 

"Futbolçuların transfer qiymətləri İngiltərə klublarına görə atdı. Çünki orada çox pul ödənilir.Hansısa klub bir futbolçu üçün 100 milyon avro xərclməkdə çətinlik çəkmir. Müdafiəçimiz Kalidu Kulibalinin 150 milyon avroluq sərbəst qalma dəyəri var. Ancaq "Mançester Yunayted" Harri Maquayr üçün 90 milyon avro ödəyirsə, Kulibalinin də qiyməti 250 milyondur".

 

"Napoli"nin seneqallı müdafiəçi ilə müqaviləsi 2023-cü ilə qədərdir.

 

"Mançester Yunayted"te "Lester Siti"nin müdafiəçisi Harri Maquayrı 87 milyon avroya transfer edib.

Xəbər xətti