"Real" qapıçısını icarəyə verdi

13:19 - 14 Avqust 2019

İspaniyanın "Real" klubu qapıçısı Andrey Lunini icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı əlcək sahibi La Liqanın digər təmsilçisi "Real Valyodolid"ə keçib. Ukraynalı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

 

Madrid klubu Lunini 2018-ci ildə "Zarya"dan 8,5 milyon avroya transfer edib. Gənc qapıçı ötən mövsüm "Leqanes"ə icarəyə verilmişdi.

Xəbər xətti