İnqilab Məmmədova beynəlxalq təyinat

12:02 - 15 Avqust 2019

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Məmmədov avqustun 16-dan 18-dək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək. Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.

Xəbər xətti