Emil Balayev ən yaxşı seçildi

13:13 - 15 Avqust 2019

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 22-ci turunda “İrtış”la keçirilən görüşün (2:0) ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 274 olub.

 

Emil Balayev matçda 28 dəqiq ötürmə verib, 7 epizodda komandasını qoldan xilas edib.

Xəbər xətti