Yığmada baş məşqçi təyinatı

10:29 - 16 Avqust 2019

Mərakeş milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Mərakeş Futbol Federasiyası baş məşqçi postunu Vahid Halilhodziçə həvalə edib. Federasiyanın saytı bosniya və herseqovinalı mütəxəssislə imzalanan müqavilənin şərtlərini açıqlamayıb. 67 yaşlı çalışdırıcı bu postda Erve Renarı əvəz edib.
 
 
Halilhodziç ötən mövsüm Fransanın "Nant" klubunu çalışdırıb. O, Fil Dişi Sahili, Əlcəzair və Yaponiya yığmalarının da baş məşqçisi olub.

Xəbər xətti