Azərbaycan millisinin üzvü Küveyt klubunda - ÖZƏL

00:00 - 19 Avqust 2019

"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən "Əl-Salmiyə" klubu transfer edib. Hazırda küveytlilər "Qəbələ" ilə transferin son detallarını müzakirə edir. Kamalın keçidi üçün "qırmızı-qaralar"a müəyyən qədər təzminat ödəniləcək.

 

Bakıda təlim-məşq toplanışında olan "Əl-Salmiyə"nin baş məşqçisi Milud Həmdi Mirzəyevi "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununda bəyənib. Kamalı arzuladığı ideal 11-likdə görən Əlcəzair əsilli fransalı mütəxəssis klub rəhbərliyindən futbolçunun transferini tələb edib.

 

1964-cü ildə yaranmış Küveyt klubu ötən mövsüm Premyer Liqanı 3-cü yerdə başa vurub.

 

Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal AZAL, "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.

Xəbər xətti