Şeydayevli "Dinamo" Moskva derbisində "Lokomotiv"ə uduzdu - VİDEO

13:19 - 19 Avqust 2019

Rusiya Premyer Liqasında 6-cı turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" "Lokomotiv"i qəbul edib. Moskva derbisində qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

 

Start heyətdə oyuna başlayan Ramil sonadək oynayıb.

 

6 tura 5 xal toplayan "Dinamo" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. "Zenit" 14 xalla 1-cidir. "Lokomotiv" və "Krasnodar" 13 xalla 2-3cü yerləri bölüşür. 

 

Xəbər xətti