"Çelsi" Zappakostanı icarəyə verdi

"Çelsi" müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Roma" klubuna icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, italiyalı futbolçu ilə bir illik müqavilə imzalanıb. Paytaxt klubu Zappakostanı birdəfəlik transfer etmək hüququna sahibdir.

 

"İtaliya üçün çox darıxmışdım. Geri qayıtdığım üçün çox xoşbəxtəm", - deyə futbolçu "Sky Iitalia"ya açıqlayıb.

 

"Çelsi" 27 yaşlı futbolçunu 2017-ci ildə "Torino"dan 28 milyon avroya transfer etmişdi. O, London klubunda 52 oyuna 2 qol vurub.

Tarix: 21 Avqust [10:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio