Kamal Mirzəyev rəsmən Küveyt klubunda! - FOTO

01:04 - 23 Avqust 2019

"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən "Əl-Salmiyə" klubu transfer edib. Kamalın keçidi üçün "qırmızı-qaralar"a müəyyən qədər təzminat ödənilib. Klub saytı müqavilənin keçidini açıqlamayıb. Mirzəyev yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

 

Əldə etdiyimiz məlumata görə, Kamalla bir illik müqavilə imzalanıb.

 

Yayda Bakıda təlim-məşq toplanışında olan "Əl-Salmiyə"nin baş məşqçisi Milud Həmdi Mirzəyevi "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununda bəyənmişdi.

 

Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidir. Kamal AZAL, "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.

 

Kamal Mirzəyevin "Əl-Salmiyə"yə transfer olduğunu ilk dəfə Sportal.az yazıb.

 

Xəbər xətti