"Qarabağ"la "Qəbələ"nin 54-cü dueli

16:01 - 25 Avqust 2019

Bu gün “Azərsun Arena”da Azərbaycan Premyer Liqasının II tur matçında üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları arasında 54-cü duel gerçəkləşəcək.

 

İlk dəfə 2006-cı ildə görüşən komandalar indiyədək 53 dəfə qarşılaşıblar. Bu matçlarda “Qəbələ” 12, “Qarabağ” 24 dəfə qalib gəlib. Digər 17 görüşdə qalib müəyyənləşməyib. Rəqib qapısından 47 top keçirən “Qəbələ” 68 top buraxıb.

 

Bu 53 oyundan 44-ü Premyer Liqa, 9-u Azərbaycan Kubokuna təsadüf edib. 10 qarşılaşmada meydanı üç xalla tərk edən “Qəbələ” 12 heç-heçə edib və 22 məğlubiyyət alıb. 100 qolun vurulduğu matçlarda top fərqi Ağdam təmsilçisinin xeyrinədir – 40:60.

 

27-ci dəfə “Qarabağ”ın rəqibi olacaq “qırmızı-qaralar” əvəlki 26 səfərdə 4 dəfə qalib gəlib. Hesabında 9 heç-heçə olan “Qəbələ” 13 dəfə uduzub. Səfərdə 20 dəfə rəqib qapısına yol tapan komanda 37 top buraxıb.

 

“Qarabağ” – “Qəbələ” oyununa saat 21:00-da start veriləcək.

Xəbər xətti