Fərid Nəbiyev dublla yadda qaldı

17:33 - 25 Avqust 2019

Çexiya III Liqasında II turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya"nın ikinci komandası səfərdə "Domazlitse"yə məğlub olub - 3:4.

 

Dubl edən Nəbiyev mövsümdə üçüncü qoluna imza atıb.

 

"Slaviya" 6 xalla 2-ci yerdə qərarlaşıb.

Xəbər xətti