Samir Abasov: "Bilmirəm bu, zarafatdır, ya nədir"

Azərbaycan Premyer Liqasında II turun “Zirə” – “Neftçi” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
 
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 
- Həddindən artıq təzyiqli oyun keçdi. Qələbə qazanmağımız yaxşı oldu. Ən azından bizə bir siqnal oldu ki, oyun udmaq üçün mübariz olmalısan. Azarkeşlərimiz bizi tək qoymadı. Ötən il onları bir az üzdük. Futbolçularıma təşəkkür düşür.
 
- Komandada bir az dağınıqlıq görünürdü. Ötən həftə ilə bu gün arasında nə dəyişdi?
- Çox qaçdılar uşaqlar. Bir-iki oyunçu var idi ki, tez verdiyi qərarlarla düşdükləri situasiyadan çıxırdı. Nə dəyişdiyi odu ki, bu oyunda mübarizə apardıq. Ancaq bu, ötən tur yox idi. Həm "Səbail", həm də "Neftçi" avrokuboklarda oynayıb. Onlar bu həyəcanı əvvəlcədən yaşayıb. Bizim komanda yavaş-yavaş özünə gələcək.
 
- Növbəti oyununuza az vaxt qalıb. Bu, oyunçularda yorğunluq yaratmaz?
- Çalışacağıq ki, özümüzə gələk. Ehtiyat oyunçularımız da var. Özümüzə gələcəyimizə inanırıq. "Neftçi"nin bu gün müdafiəsi güc sərf etdisə, biz həm hücumda, həm də müdafiədə güc itirdik.
 
- Qış fasiləsinə qədər çempionluğa əsas namizədin bəlli olacağını düşünürük. Sizin fikirləriniz nədir? 
- Bir az əvvəl bir müsahibə oxudum. Jurnalistin biri "Sumqayıt"ın kapitanı Vurğuna çempionluq haqda sual verir. Bilmirəm zarafat edirlər, yoxsa nə. Hamı bilir ki, əsas namizəd "Qarabağ"dı. Ardınca da "Neftçi".
 
- Avropa Liqasına vəsiqə qazanmaq istəyirsiz?
- Bəli. Həm avrokuboka vəsiqə qazanmaq, həm də digər komandalara baş ağrı olmaq istəyirik.

Tarix: 26 Avqust [22:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio