"Milan" "Atletiko"nun futbolçusunu transfer edir

11:11 - 28 Avqust 2019

"Milan" "Atletiko"nun futbolçusu Anxel Korreanı transfer etmək üzrədir.

 

Sportal.az "Sport Mediaset" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" 24 yaşlı vinger üçün madridlilərə 42 milyon avro təklif edib. "Atletiko" bu təklifi qəbul edib. Anlaşmaya görə, növbəti satışdan Madrid təmsilçisinə 30 faiz pay ödəyəcək.

 

"Atletiko" Argentina millisinin üzvünü 2014-cü ildə "San Lorenso"dan 7,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti