"Ayaks" APOEL-i ÇL-dən uzaqlaşdırdı - VİDEO

01:30 - 29 Avqust 2019

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"la üz-üzə gəlib. Amsterdam klubu 2:0 hesablı qələbə ilə qrup mərhələsinə yüksəlib.

 

“Ayaks” (Hollandiya) – APOEL (Kipr) - 2:0

Qollar: Edson Alvares, 43, Duşan Tadiç, 80

İlk oyun - 0:0

 

Xəbər xətti