Azad Rəhimov: "Qarabağ"ın şansları böyükdür" - VİDEO

00:08 - 4 Sentyabr 2019

Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, Rəhimov "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

 

Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: "Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"sı çox güclü komandadır.

 

"Qarabağ" Lüksemburq "Düdelanj"ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".

 

Nazir "Qarabağ"la müqayisədə Türkiyə təmsilçisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb:

 

"Real" və PSJ ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir".

 

"Qarabağ" Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək. 

 

Xəbər xətti