UEFA "Qəbələ"ni mükafatlandırdı

UEFA "Qəbələ"ni mükafatlandırıb.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisini UEFA Gənclər Liqasının Təşkilat Komitəsi xüsusi - sosial layihənin yüksək səviyyədə yerinə yetirilməsinə görə təyin olunmuş diplomla mükafatlandırıb.

 

"Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Kipr APOEL-i ilə qarşılaşacaq. İlk oyun Qəbələ şəhər stadionunda oktyabr ayının 2-də keçiriləcək. Cavab matçı isə oktyabrın 23-ü Kiprdə baş tutacaq.

 

"Qırmızı-qaralar" bu mərhələni adlayacağı təqdirdə, II raundda "Saraqosa" (İspaniya) - "Korona" (Polşa) cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

Tarix: 4 Sentyabr [00:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Noyabr 2019
11  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio