Lazar Markoviç "Partizan"a qayıtdı

01:12 - 4 Sentyabr 2019

İngiltərənin "Fulhem" klubundan ayrılan Lazar Markoviçin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı vinger yetirməsi olduğu Serbiyanın "Partizan" klubuna qayıdıb. Klub saytının məlumatına görə, serbiyalı futbolçu ilə üç illik müqavilə imzalanıb.

 

Markoviç 2013-cü ildə "Partizan"dan "Benfika"ya, bir il sonra isə "Liverpul"a transfer olmuşdu. Serbiya yığmasının üzvü "Fənərbaxça", "Sportinq", "Hall Siti", "Anderlext" klublarında icarə əsasında çıxış edib. 

Xəbər xətti