"US Open"də finalın adı: Medvedev - Nadal

15:47 - 7 Sentyabr 2019

"US Open"də kişilərin mübarizəsində finalçılar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Nyu-Yorkda keçirilən mövsümün sonuncu "Böyük Dəbilqə" turnirinin finalında ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev qarşılaşacaq.

 

Nadal yarımfinalda italiyalı Matteo Berrettinini məğlub edib - 7:6; 6:4; 6:1 (3:0). 33 yaşlı roketka ustası 27-ci dəfə "Böyük Dəbilqə" turnirlərində finala yüksəlib.

 

Medvedev isə yarımfinalda bolqarıstanlı Qriqor Dmitrovu üstələyib - 7:6; 6:4; 6:3 (3:0). 23 yaşlı roketka ustası "Böyük dəbilqə" turnirində finala yüksələn ilk rusiyalı tennisçi olub.

 

Nadalla Medvedevin finalı sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Xəbər xətti