"Zirə"nin futbolçuları Afrikada üz-üzə gəldi

“Zirə"nin iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, Malavi seçməsində çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvane yığmalarında qarşılaşıb.

 

DÇ-2022-nin seçmə mərhələsinin cavab oyunda Malavi 1:0 qalib gələrək növbəti mərhələyə yüksəlib. Botsvana isə mübarizəni erkən dayandırıb.

 

Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə zədələnərək əvəzlənib. Mfonun son durumu bəlli deyil.

Tarix: 11 Sentyabr [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio