De Xea Poqba ilə eyni maaş alacaq

İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

 

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı qapıçının həftəlik maaşını 290 min funt-sterlinq edəcək. Bu halda onun məvacibi  komanda yoldaşı Pol Poqbayla eyni olacaq.

 

De Xea "Mançester Yunayted"lə anlaşmasa, "Yuventus" ispaniyalı əlcək sahibini mövsümün sonunda azad agent statusu ilə heyətinə qatmağa çalışacaq.

 

28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Tarix: 11 Sentyabr [15:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio