"Valensiya"da baş məşqçi dəyişikliyi

00:49 - 12 Sentyabr 2019

İspaniyanın “Valensiya” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "yarasalar" Marselino Qarsiya Toralı istefaya göndərib. Onun əvəzinə isə "Real" və “Barselona”nın keçmiş futbolçusu Albert Selades baş məşqçi postuna gətirilib.

 

43 yaşlı mütəxəssis daha öncə İspaniyanın U-16 və U-21 yığmalarında çalışıb.

 

"Valensiya" La Liqada 3 turdan sonra 4 xal toplayıb.

Xəbər xətti