Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim"

"Barselona"nın argentinalı ulduzu Lionel Messi "Sport"a açıqlamasında PSJ-də çıxış edən sabiq komanda yoldaşı Neymarla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu braziliyalı futbolçu ilə yenidən birgə çıxış etmək istədiyini deyib:

 

"Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim. Düzü, Neymarın geri qayıtması üçün "Barselona"nın hər şeyə cəhd edib-etmədiyini bilmirəm. Həm də PSJ ilə danışıqlar aparmaq da çətindir. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Neymarla bu günə qədər transfer məsələsi barədə söhbət etməmişəm. Onu almadığımız üçün üzülmədim. Hazırda güclü heyətimiz var. Hər turnirin qalibi ola biləcək səviyyədəyik. Neymar olmasa da..."

 

Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub.

Tarix: 12 Sentyabr [13:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio