"Qarabağ" - "Sevilya": sabah biletlər satışa çıxarılır

23:08 - 12 Sentyabr 2019

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyanın "Sevilya" klubu ilə keçirəcəyi ev oyununun biletləri sabahdan satışa çıxarılacaq.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, biletlərin qiyməti barədə məlumat verilməyib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-u saat 20:55-də başlayacaq.

Xəbər xətti