Xulen Lopeteqi: "Qarabağ" "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdırmış klubdur"

18:27 - 17 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la oyun üçün Bakıya yola düşən "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub televiziyasına danışan 53 yaşlı mütəxəssis yer aldıqları qrupu dəyərləndirib və "Qarabağ"la oyun barədə fikirlərini bölüşüb:

 

"Asan qrupa düşüyümüzlə razı deyiləm. Rəqiblərimiz bizə çətinlik yaşada biləcək gücdədir. "Qarabağ" Çempionlar Liqasında oynamış və "Atletiko"nu turnirdən uzaqlaşdırmış klubdur. Avropa səhnəsində mütəmadi çıxış edirlər. APOEL isə ÇL-in son yarımfinalçısı "Ayaks"a çətinlik yaşatdı. Qalib gəlmək üçün meydanda mübarizə aparmaq lazımdır və biz nəticə istəyirik".

 

Lopeteqi "Qarabağ"la oyunda rotasiya edib-etməyəcəyi barədə suala belə cavab verib:

 

"Dekabra qədər sıx təqvim var. Əsas olan heyətdə rəqabət yaratmaqdır, futbolçulara oyun vaxtı vermək yox. Futbolçular rəqiblər barədə maraqlanır, araşdırır. Məşqçilər isə matç bitən kimi digər qarşılaşmanı düşünür. Bundan sonra oyunla bağlı planlar cızılır".

 

Sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" görüşü saat 20:55-də başlayacaq.

 

Xəbər xətti