Asmir Beqoviç turun ən yaxşısıdır!

15:15 - 18 Sentyabr 2019

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının IV turunun ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 359 göstərici ilə “Qarabağ”ın qapıçısı Asmir Beqoviçdir. Bosniya və herseqovinalı qapıçı “Neftçi”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 4 qurtarışla yadda qalıb.

 

32 yaşlı qapıçı "Qarabağ"da debüt oyununu keçirib.

Xəbər xətti