"Kifayət qədər mübarizə aparmadıq" - Zidan böyük hesablı məğlubiyyətdən danışdı

14:23 - 19 Sentyabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə PSJ-yə 0:3 hesabı ilə uduzan "Real"ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, madridlilərin çalışdırıcısı yaxşı mübarizə aparmadıqlarını bildirib:

 

"Kifayət qədər mübarizə aparmadıq. İkili mübarizələrin əksərini uduzduq. Belə şəkildə qalib gəlmək mümkünsüzdür. PSJ bizi hər cəhətdə üstələdi. Rəqibimiz qol vəziyyəti yaratmaqda problem yaşamayan klubdur. Bu, məni narahat etmirdi. Məni qayğılandıran meydanda lazım olan mübarizəni aparmamaqdır. Hamımız eyni gəmidəyik. Kimisə hədəf almaq istəmirəm. Qalib gələndə hamının zəfəri olursa, məğlubiyyət hər kəsin günahıdır".

Xəbər xətti