Ramon Monçi: "Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil"

"Sevilya"nın idman direktoru Ramon Monçi Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la Bakıda üz-üzə gələcəkləri oyundan öncə AS nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, dünya şöhrətli futbol funksioneri "Qarabağ"ı "Roma"da çalışdığı vaxtlarda yaxşı tanıdığını deyib:

 

"Roma"da olarkən Bakıda 2:1 hesablı qələbə qazanmışdıq, amma çox əziyyət çəkmişdik. Romada 1:0 hesabı ilə qalib gəldiyimiz matçda da çətinlik yaşamışdıq. Onlar tnınmayan bir çempionatda iştirak edirlər, ammma futbolçularını təhlil etsəniz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiniz. Əlbəttə, "Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil".

 

50 yaşlı sabiq qapıçı arxayınlaşmayacaqlarına inandığını vurğulayıb:

 

"Hər zamankından daha həyəcanlı və acıq. Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Ümid edirik ki, arxayınlaşmayacağıq və son oyunlardakı çıxışımızı davam etdirəcəyik".

Tarix: 19 Sentyabr [16:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio