Serxio Ramos: "Şəxsi mükafatlar qazanmaq istəsəydim, tennis oynayardım"

12:18 - 24 Sentyabr 2019

"Real"ın ispaniyalı müdafiəçisi Serxio Ramos FIFA-nın təşkil etdiyi "The Best" mükafatının tədbirində açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ilin rəmzi komandasında yer alan 33 yaşlı müdafiəçi şəxsi mükafatlara əhəmiyyət vermədyini bildirib:

 

"Futbol dünyasında hücumçular daha çox gözə çarpır. Müdafiəçilər daha çox qara işlər görür. Şəxsi mükafatlar qazanmaq istəsəydim, tennis oynayardım. Önəmli olan komandanın titul qazanmasıdır".

 

Ramos "Real"ın iki futbolçusunun rəmzi komandada yer alması barədə bunları deyib:

 

"Ən uğurlu mövsümü keçirməsək də, "Real"dan iki futbolçu simvolik komandada var. Ancaq kubok qazanıb, bu heyətə düşməyi seçərdim. Marselo da dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Hər kəs tənqid edə bilər. Hamını razı salmaq mümkün deyil".

Xəbər xətti