Emil Balayev "Tobol"un ən yaxşıları arasında

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 27-ci turunda “Şaxtyor”la keçirilən görüşün (1:0) ən yaxşı futbolçuları arasında yer alıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin “Instat”ın təhlilinə əsasən, indeks balı 260 olub.

 

Matçın ən yaxşısı isə 299 balla Fernander Kassai seçilib.

 

Emil Balayev matçda dörd qurtarış edib və komandasını bir dəfə real qol epizodunda xilas edib.

Tarix: 24 Sentyabr [14:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio