"Mançester Siti" Premyer Liqa və ÇL-ni qazanmaq üçün istənilən gücdə deyil"

15:53 - 30 Sentyabr 2019

"Mançester Yunayted"in sabiq futbolçusu, hazırda futbol eksperti kimi çalışan Qari Nevill "Mançester Siti"nin heyətinin kasad olduğunu deyib.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis "şəhərlilər"in qışda müdafiəçi transferi reallaşdırmalı olduğunu deyib:

 

"Mançester Siti" qışda transfer edəcək. Qvardiola pullarının olduğunu deyib. Onlarda hamıdan çox pul var. Müdafiəyə oyunçu almaları olduğunu düşünürəm. "Mançester Siti" Premyer Liqa və Çempionlar Liqasını qazanmaq üçün lazım olan qədər yaxşı deyil. Qvardiola da bunu bilir".

 

"Mançester Siti" Premyer Liqada 7 turdan sonra 16 xalla 2-ci yerdə qərarlaşıb. "Şəhərlilər" lider "Liverpul"dan 5 xal geri qalır.

Xəbər xətti