"Düdelanj" - "Qarabağ" - ehtimal 11-liklər

12:55 - 3 Oktyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun "Düdelanj" klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun heyətində bu görüşü zədə səbəbindən Filip Ozobiç və Xayme Romero oynamayacaq.

 

Mahir Emreli, Rahil Məmmədov və Abdullah Zubir isə matça hazır durumdadırlar.

 

"Sevilya" ilə oyunda olduğu kimi qapıda Asmir Beqoviç dayanacaq.

 

Müdafiənin mərkəzində Bədavi Hüseynovla Maksim Medvedev birgə çıxış edə bilər. Cinahlarda isə Abbas Hüseynov və Ailton Silvanın oynamaq ehtimalı var.

 

Dayaq yarımmüdafiəçi kimi Riçard Almeyda və Qara Qarayevin oynayacağı gözlənilir. Onların önündə Miçel, cinahlarda isə Mahir Emreli və Abdullah Zubir ola bilər.

 

Hücumçu mövqeyində isə Maqaye Qeye start heyətdə yer alacaq.

 

"Qarabağ": Asmir Beqoviç - Abbas Hüseynov, Maksim Medvedev, Bədavi Hüseynov, Ailton Silva - Riçard Almeyda, Qara Qarayev, Miçel - Mahir Emreli, Abdullah Zubir - Maqaye Qeye.

 

 

"Düdelanj": Conatan Juber - Məhəmməd Buçuari, Tom Şnell, Mikael Qaros, Mehdi Kirç, Çarles Morren, Mario Pokar, Dominik Stols, Daniel Sinani, Antoine Bernye, Loren Mendi.

Xəbər xətti