Qadın futbolçunu söyən, bir-birini döyən məşqçilər cəzalandı

AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, U-14 liqasında Beyləqanın "Bahar Gİİ" və Ağcabədinin UGİM kollektivlərinin matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərini söyüb. Bu səbəbdən, hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.

 

U-13 liqasında "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov "Zirə" ilə görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Eyni cəza U-15 liqasındakı “İsgəndər Cavadov BFA” komandasının baş məşqçisi Elşən Ələskərova da verilib. O, "Qarabağ"la dueldə hakimə qarşı nalayiq ifadələr işlədib.

 

U-13 qızlar liqasında "Fidan"ın baş məşqçisi Yavər Rəhimov “8 №-li RİOEUGİM” kollektivi ilə görüşdə rəqib komandanın futbolçusunu təhqir etdiyi üçün 3 matçlıq cəza ilə üzləşib. U-17 liqasında “İsgəndər Cavadov BFA”nın futbolçusu Əhməd İbadov hakimə qarşı təhqiredici ifadələrə görə 4 oyunluq cəza alıb. 

Tarix: 8 Oktyabr [18:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio