Aleksandr Çeferin: "Azərbaycanın Ermənistanla üz-üzə gəlməsi doğru deyil"

11:37 - 10 Oktyabr 2019

UEFA prezidenti Aleksandr Çeferin siyasiy münaqişələr səbəbindən bəzi ölkə komandalarının müxtəlif turnirlərdə üz-üzə gəlməməsinə münasibət bildirib.

 

Sportal.az "RIA Novosti"yə istinadən xəbər verir ki, 51 yaşlı funksioner bunun təhlükəsizlik bvaxımından vacib olduğunu söyləyib:

 

"Bizim üçün təhlükəsizlik ən vacib məsələlərdən biridir. Turnirlərimizdən hər hansı biri ilə bağlı qərar verərkən ən birinci bunu nəzərə alırıq. Rusiya və Ukraynanı, Serbiya və Kosovanı, Ermənistan və Azərbaycanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq də eyni qrupa düşmür. Təhlükəsizlik baxımından bu ölkə təmsilçilərinin üz-üzə gəlməsi doğru deyil. Təhlükəsizliklə bağlı suallar və problemlər yarandıqda, milli federasiyalardan təkliflər gəldikdə tədbirlər görürük.

 

Siyasi məsələlərə qoşulmuruq. Qərarı UEFA verib və bunun dəyişdirilməsi üçün vaxt çatmayıb. Tarixdə bir çox fərqli vəziyyət olub. Rusiya və Ukrayna üçün bu hal dəyişəcək. Futbolda sürprizlər olur. Təsəvvür edin, hər iki komanda Avropa çempionatının yarımfinalı və ya finalına yüksəlir. O zaman komandalar mütləq Londonda oynamalıdır".

Xəbər xətti