"10 "Ferrari", 20 almaz saat və 2 helikopter nəyimə lazımdır? - Sadio Mane

15:15 - 13 Oktyabr 2019

"Liverpul"un seneqallı ulduzu Sadio Mane lüks həyatla öyünməyi sevmir.

 

Sportal.az sensivel-mente.com-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bahalı saat, avtomobil və helikopterlərlə gündəmə gəlməyi xoşlamır. Onun əsas fikri Seneqaldakı doğulduğu bölgə - Sediu sakinlərinə yardım etməkdir.

 

Mane qazancının çox hissəsini ehtiyacı olan insanlara verdiyini deyib:

 

"Niyə 10 "Ferrari", 20 almaz saat və ya 2 helikopter istəyim? Bunlar dünya və mənim üçün nə edəcək? Aclıqdan çıxmış insanam. Tarlada işləmişəm. Ayaqyalın futbol oynamışam, təhsil ala bilməmişəm. İndi isə futbola təşəkkür etmək istəyirəm, çünki xalqıma kömək edə bilirəm. Dəbdəbəli həyatı kiməsə göstərmək lazım deyil".

 

Nəşr ulduz futbolçunun bölgəsində evlər, stadion tikdirdiyini, yoxsul inanlara ərzaq, geyim aldığını, onlara kömək etdiyini yazıb. O, yoxsulluqdan əziyyət çəkən hər insana 70 avro yardım edir.

 

Mane "Liverpul"da həftəlik 150 min funt-sterlinq (317 min 445 manat) maaş alır. Onunla yaxın müddətdə yeni müqavilə imzalanacaq və maaşı artırılacaq.

 

Image result for sadio mane Sedhiou Senegal

Xəbər xətti