Ayxan Abbasov: “Səhvini etiraf etməyi bizi sevindirir”

15:36 - 19 Oktyabr 2019

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Aleksey İsayevin komandaya dönməsi barədə Sportal.az-a açıqlama verib.

 

38 yaşlı mütəxəssis İsayevin səhvini anladğını deyib: 

 

“Bizə özü müraciət elədi. Onun gənc və milli komandanın üzvü olduğunu nəzərə alıb, kömək etmək istədik. Səhvini başa düşmüşdü. Bir müddət əvəzedicilərdə oynayacaq. Səhvini etiraf etməyi bizi sevindirir.

 

Onun şəxsi agenti başqa klubla danışırdı. Aleksey ümid edirdi ki, transferi baş tuta bilər. Son bir ayda gəlmək fikrində olduğunu deyirdi. Müqavilə ilə bizə məxsusdur.

 

Dünən Bakıya gəldi. Bu gündən əvəzedicilərdə oynamağa başlayacaq. Formasını bərpa edəndən sonra əsas komandaya qayıda bilər”.

 

Aleksey İsayev ötən mövsüm başa çatdıqdan sonra komandanın düşərgəsinə qayıtmamışdı.

 

“Sumqayıt” 23 yaşlı futbolçunun intizamsızlığına görə AFFA və FIFA-ya müraciət eləmişdi.

Xəbər xətti