Rövşən Babayev: "Fasilədən sonra "Zirə" bizdən üstün oynadı"

Azərbaycan Premyer Liqasında IX turun "Sabah" - "Zirə" oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Babayev əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- İki fərqli hissə oldu. İlk hissədə geri dönüş edə bildik, yaxşı futbol oynadıq. Fasilədən sonra rəqib bizdən üstün oynadı.

 

- Qələbə hesabını qoruyub saxlaya bilməməyinizin səbəbi nə idi?
- İkinci hissəyə normal başlamışdıq. Ancaq "Zirə" daha yaxşı oyun göstərdi.

 

- Sayılmayan qol epizodunuz ilə bağlı fikirləriniz...
- Bizdən uzaq idi. Epizodu tam yaxından görməmişəm. İnanırıq ki, hakimlər səhvə yol verməz.

Tarix: 26 Oktyabr [20:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio