"Qarabağ" - APOEL oyunu azarkeş sayında 4-cü oldu

13:45 - 27 Oktyabr 2019

Bu həftə "Qarabağ"ın APOEL-lə matçı Avropa Liqasının qrup mərhələsinin III mərhələsinin 24 oyunu arasında ən çox azarkeş toplayan 4-cü qarşılaşma olub.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, oyunu 30 min 824 azarkeş stadiondan canlı izləyib. Klub buna görə azarkeşlərinə təşəkkür edib.

 

"Qarabağ"ın ilk turda "Sevilya" ilə ev oyununu 30 min 826 azarkeş izləmişdi.

Xəbər xətti