PSJ İkardi ilə bağlı qərar verdi

16:29 - 29 Oktyabr 2019

PSJ yayda "İnter"dən icarəyə götürdüyü Mauro İkardini birdəfəlik transfer etmək istəyir.

 

Sportal.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı forvardın transfer hüququna yiyələnmək üçün qışda Milan klubu ilə danışıqlara başlayacaq.

 

İkardi daha öncə PSJ-də xoşbəxt olduğunu və komandada qalmaq istədiyini demişdi.

 

26 yaşlı forvard paytaxt klubunda 7 oyuna 7 qol vurub, 1 assist edib.

 

PSJ İkardini 5 milyon avroya 1 illik icarəyə götürüb. Liqa 1 təmsilçisi forvardı 65 milyon avroya transfer etmək hüququna sahibdir.

Xəbər xətti