"Qarabağ"ın futbolçusundan təkzib: "Zədəli deyiləm"

00:00 - 30 Oktyabr 2019

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Sportal.bg saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu zədələnərək, 15-20 günlük sıradan çıxması barədə yayılan xəbərləri təkzib edib:

 

"Bu, doğru deyil. Ötən cümə günü yüngül zədə almışdım. Bu gündən isə tam gücümlə komanda ilə birlikdə məşq edirəm. Azərbaycan mətbuatının bu haqda yazdığı xəbərlər doğru deyil. Milliyə dəvət aldığım üçün sevincliyəm. Komanda yoldaşlarım da vəziyyətimdən xəbərdardırlar. Ötən ilki pis nəticələrə görə bolqar azarkeşlərə özümüzü bağışlatdırmalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb, uğursuz seriyanı qıracağıq".

Xəbər xətti