Stadiona Emiliano Salanın adı verildi

00:46 - 30 Oktyabr 2019

Argentinanın "San Martin Proqreso" klubu stadionuna 2019-cu ilin yanvar ayında təyyarə qəzasında vəfat edən Emiliano Salanın adını verib.

 

Sportal.az xəbər verir ki, stadion adı mərhum futbolçunun doğum günü - oktyabrın 31-i dəyişdiriləcək. Stadionda keçmiş hücumçunun fotoları yerləşdiriləcək.

 

Emiliano Sala yanvarın 19-u Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə 17 milyon avroya transfer olunmuşdu. Yanvarın 22-də Böyük Britaniyaya yollanan hücumçu La-Manş boğazında təyyarə qəzasına uğramışdı.

 

Fevralın 6-da 28 yaşlı keçmiş forvardın cəsədi tapılmışdı.

Xəbər xətti