Pavel Hapal: "Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik"

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Xorvatiya ilə qarşıdan gələn oyunla bağlı danışan çexiyalı mütəxəssis noyabrın 19-da Azərbaycanla keçiriləcək görüşün həlledici olduğunu bildirib:

 

"Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Xorvatiyadakı qarşılaşma bizim üçün çox vacibdir. Bu oyundan çox şey asılıdır. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Biz hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq".

 

Slovakiya – Azərbaycan oyunu noyabrın 19-u keçiriləcək.

Tarix: 5 Noyabr [17:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio