Çempionlar Liqasının finalı ABŞ-da baş tuta bilər

13:51 - 9 Noyabr 2019

2023/2024 mövsümündə Çempionlar Liqasının finalı ABŞ-da baş tuta bilər. 

 

Sportal.az xəbər verir ki, UEFA bununla bağlı danışıqlara başlayıb. ÇL-in finalının Nyu-Cersidə yerləşən "MetLife" stadionunda keçirilməsi planlaşdırılır. Danışıqlar baş tutsa, ÇL-in finalı ilk dəfə Avropadan kənarda baş tutacaq.

 

Bu mövsüm final Türkiyənin İstanbul şəhərində keçiriləcək. 2021-ci ildə finala Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen, 2023-cü ildə isə İngiltərənin paytaxtı London sahiblik edəcək.

Xəbər xətti