"Zirə"nin futbolçusu Eddi İsrafilovun yerinə milliyə dəvət aldı

İspaniyanın "Albasete" klubundan Azərbaycan millisinə dəvət olunmuş Eddi Silvestr Paskual İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, milliləşdirilmiş futbolçunun əvəzinə millinin heyətinə "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov çağırılıb.
 
Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.


Məsələ ilə bağlı AFFA FIFA-ya müvafiq qaydada məlumat verib.

 

İsrafilov millinin noyabrın 19-u səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Tarix: 12 Noyabr [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio