Millimizin sabiq üzvünün oğlu qol vurdu, Fransa Gürcüstanı çətinliklə məğlub etdi - VİDEO

Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda Fransa yığması Gürcüstanı qəbul edib.
 

Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcülərin heyətində  Kviça Kvaratsxeliya da fərqlənib. Azərbaycan millisinin və "Şəmkir"in sabiq hücumçusu Badri Kvaratsxeliyanın 18 yaşlı oğlu komandasının ikinci qolunu vursa da, fransızlar oyuna əlavə olunmuş dəqiqələrdə penalti qolu ilə qələbə qazanıblar.

 

Qrupda Fransa Azərbaycanı 5:0, Gürcüstan isə 3:0 hesabı ilə məğlub edib.

 

Tarix: 16 Noyabr [13:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2019
12  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio