Azərbaycan millisinin Slovakiya üzərində 18 il əvvəlki qələbəsi - VİDEO

16:34 - 19 Noyabr 2019

Azərbaycan millisi 2001-ci ilin iyununda Tofiq Bəhramov adına Respublika Stadionunda DÇ-2002-nin seçmə mərhələsində Slovakiya üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı.

 

Sportal.az xəbər verir ki, Slovakiya həmin məğlubiyyətlə DÇ-2002-yə getmək şanslarını itirmişdi.

 

18 il öncə baş tutan oyunda ilk qolu 27-ci dəqiqədə Zaur Tağızadənin ötürməsindən sonra Vadim Vasilyev vurub. 65-ci dəqiqədə isə "qızıl oğlan"ın özü fərqlənib.

 

Azərbaycan: Cahangir Həsənzadə, İqor Getman, Mehman Yunusov, Ramiz Məmmədov, Tərlan Əhmədov, İlham Yadullayev, Ədəhim Niftəliyev, Mahmud Qurbanov, Qurban Qurbanov (Fərrux İsmayılov, 89), Vadim Vasilyev (Vidadi Rzayev, 76), Zaur Tağızadə (Rüfət Quliyev, 83).

 

 

 

Xəbər xətti