"Sumqayıt"ın hücumçuları bombardirlər siyahısında

12:19 - 24 Noyabr 2019

Premyer Liqanın 12-ci turunda “Qarabağ”la oyunda dubl edən "Sumqayıt"ın hücumçşusu Peyman Babayi çempionatdakı qollarının sayını 5-ə yüksəldib.

 

Sportal.az xəbər verir ki, cənubi azərbaycanlı forvard bombardirlik yarışında "Keşlə"nin hücumçusu Lorenso Frutos və komanda yoldaşı Mehdi Şərifiyə çatıb.

 

Peyman Babayi 12 oyunda 772 dəqiqə, Mehdi Şərifi isə 9 oyunda 699 dəqiqə meydanda olub.

Xəbər xətti