Cəlal "Zirə"nin tarixinə düşdü

10:24 - 5 Dekabr 2019

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la keçirilən oyun “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.
 
Sportal.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.
 
Cəlal komandanın sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilən I divizionun “Zirə” – “Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.

Xəbər xətti