Rahid Əmirquliyev: "Klubda daxili problemlər var" - MÜSAHİBƏ

21:14 - 8 Dekabr 2019

Premyer Liqanın 14-cü turunda "Zirə"yə 1:4 hesabı ilə uduzan "Səbail"in yarımmüdafiəçisi Rahid Əmirquliyev oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu məğlubiyyəti şərh edib:
 
- Ötən dəfə də demişdim ki, bu vəziyyətdən çıxmaq üçün bizə bir qələbə lazımdır. Biz də çalışırıq ki, qələbə ilə özümüzə gələk. Bu istəklə meydana çıxmışdıq, ancaq erkən qol buraxdıq. Bundan sonra toparlana bilmədik.
 
- Qış fasiləsində komandada dəyişiklik gözlənilir?
- Bunu bilmirəm. Bu barədə rəhbərlik və baş məşqçidən soruşsanız, daha yaxşı olar. Fikrimcə, komanda güclənməlidir. Əgər nəsə etmək istəyiriksə, komandaya yeni nəfəs gəlməlidir.
 
- Baş məşqçiniz Aftandil Hacıyev problemlərinin olduğunu desə də, tam açıqlamır. “Səbail”in daha çox maliyyə, yoxsa intizam problemi var?
- İntizamla bağlı problem yoxdur. Klubda daxili problemlər var. Məşqçi demək istəməyibsə, belə lazımdır.
 
- “Zirə” ilə kubokda da qarşılaşacaqsınız. Psixoloji cəhətdən hazır olacaqsınız?
- Böyük hesabla uduzduq. Belə məğlub olmağı istəməzdik. Bu, futboldur. “Qəbələ”yə də belə uduzmuşduq, amma sonra toparlandıq. Yığışıb, rəqibi analiz edəcəyik. Çalışacağıq ki, mərhələni keçə bilək.

Xəbər xətti